Hədəf Azərbaycanda vərəm epidemiyasının aradan qaldırılmasıdır - MÜSAHİBƏ
16.04.2026 [17:43]
Xəbərin mətni
Vərəm hələ də dünyanın bir çox ölkələrində səssiz, amma təhlükəli şəkildə yayılmaqda davam edən yoluxucu xəstəliklərdən biridir. Tibbin inkişafına baxmayaraq, bu xəstəlik tam aradan qalxmayıb və hər il milyonlarla insan vərəmlə mübarizə aparmaq məcburiyyətində qalır. Bəs, ölkəmizdə vərəmlə bağlı vəziyyət necədir? İnsanlar bu xəstəliklə bağlı kifayət qədər məlumatlıdırmı? AZƏRTAC Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın mövzu ilə bağlı müsahibəsini təqdim edir.