Fərhad Hacıyev: “Yüksəliş”in onlayn imtahan mərhələsində iştirakçılara 4 blok üzrə 25 sual veriləcək
17.04.2026 [14:46]
Xəbərin mətni
Xaricdə bakalavriat təhsili almış iştirakçıların ümumi sayı 1097 nəfərdir. Onlardan 871 nəfər bakalavriat təhsilini yalnız xaricdə, 226 nəfər isə həm Azərbaycanda, həm də xaricdə alıb. İştirakçılar arasında ümumilikdə 8782 nəfər magistraturanı bitirib. Onlardan 7137 nəfər magistratura təhsilini Azərbaycanda alıb. Xaricdə magistratura təhsili almış iştirakçıların ümumi sayı 1645 nəfərdir. Onlardan 1266 nəfər magistratura təhsilini yalnız xaricdə, 379 nəfər isə həm Azərbaycanda, həm də xaricdə əldə edib. Bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün təşkil edilən mətbuat konfransında deyib.