Ürəyi dayanan şəxs xəstəxananın həyətində həyata qaytarılıb
20.04.2026 [19:43]
Xəbərin mətni
Aprelin 19-da ictimai nəqliyyatda vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafındakı insanların köməyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının həyətinə çatdırılıb. Saat 19:50 radələrində hadisədən xəbər tutan həkim heyəti dərhal xəstəxananın həyətindəcə ilkin tibbi müdaxiləyə başlayıb.