Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş katib: “AGF Trophy” turniri gənc gimnastlarımızın püxtələşməsi üçün vacibdir

14.05.2026 [20:18]

Xəbərin mətni

“AGF Trophy” beynəlxalq turniri artıq ənənəvi xarakter alıb. Azərbaycan 2020-ci ildən etibarən idman gimnastikası üzrə bu yarışa ev sahibliyi edir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda bu gün start götürən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri barədə danışarkən deyib.