Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır
19.05.2026 [15:06]
Xəbərin mətni
Səksən beş mindən çox azərbaycanlı Qarabağ və Şərqi Zəngəzur bölgələrinə geri qayıdaraq, hazırda bu ərazilərdə yaşayır, işləyir, təhsil alır və özlərinə yeni həyat qurur. Hər bir insanın mənzil hüququna malik olması və bu bölgələrin yenidən qurulması prosesi sürətlə davam etdirilir. Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Qlobal mərkəz koalisiyalarında mənzil" adlı panel iclasda çıxışı zamanı deyib.