Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin köməkçisi: Qarabağ müasir şəhərsalma metodlarından istifadə edilərək yenidən qurulur

19.05.2026 [15:10]

Xəbərin mətni

İşğal nəticəsində Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb, 300-dən çox yaşayış məntəqəsi və kənd ciddi zərər görüb. Biz bərpa işlərini davam etdiririk. Qarabağ müasir şəhərsalma metodlarından istifadə edilərək yenidən qurulur. Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Qlobal mərkəz koalisiyalarında mənzil" adlı panel iclasda çıxışı zamanı söyləyib.