Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keniyalı jurnalist: WUF13-də şəhərsalma və yenidənqurma təcrübələri geniş maraq doğurur

19.05.2026 [15:46]

Xəbərin mətni

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çox yüksək səviyyədə təşkil olunub. Təhlükəsizlik tədbirlərindən başlayaraq, iştirakçıların forum məkanlarına rahat çıxışına qədər bütün proses peşəkar şəkildə qurulub. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndələrinin və forumda iştirak edən dünya liderlərinin səsləndirdiyi mesajlar olduqca təsirlidir. Lakin əsas məsələ bu çağırışların və qəbul edilən qərarların gələcəkdə real şəkildə icra olunmasıdır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən keniyalı jurnalist Elizabet Kanini bildirib.