Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Yaşıl enerji dəhlizləri Xəzər regionunu Avropa və Asiya ilə birləşdirən yeni enerji arxitekturası formalaşdırır

19.05.2026 [15:50]

Xəbərin mətni

Gələcəyin şəhərləri artıq ölçüləri ilə deyil, enerji səmərəliliyi, texnoloji inkişafı və regional bağlantıları ilə dəyərləndiriləcək. Bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.