Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-ün Azərbaycandakı milli koordinatoru: Qarabağ və Şərqi Zəngəzur dayanıqlı inkişaf mərkəzinə çevrilir

19.05.2026 [15:55]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və şəhərsalma siyasəti dayanıqlı inkişaf, yaşıl enerji və regional iqtisadi inteqrasiyanın əsas istiqamətlərindən birinə çevrilib. Bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycandakı milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən “Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq: şəhərlərin yenidən qurulması şəhərləri regional əlaqə və ortaq rifahın mühərriklərinə necə çevirə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.