Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT İnkişaf Proqramının məsləhətçisi: Müstəmləkəçilik heç vaxt yalnız siyasi nəzarətdən ibarət olmayıb

19.05.2026 [15:59]

Xəbərin mətni

Mən məcburi köçkünlüyün daimi xarakter aldığını görmüşəm. Müvəqqəti olması nəzərdə tutulan qaçqın düşərgələri şəhərlərə çevrildi. Ailələr həyatlarını dönə-dönə yenidən qurdular. Bütöv bir nəsil gündəlik həyatın fonunda qeyri-sabitliyi daşıyaraq yaşamağa necə davam etməli olduqlarını öyrəndi. Bu fikirləri BMT İnkişaf Proqramının iordaniyalı məsləhətçisi Merna Suhail Issa Alzurikat Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.