Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anaklaudia Rossbax: Orta Dəhliz şəhərləri yeni iqtisadi mərkəzlərə çevirir

19.05.2026 [16:14]

Xəbərin mətni

Multimodal nəqliyyat dəhlizləri yalnız insanların və yüklərin daşınmasına xidmət etmir, həm də regionların iqtisadi inkişaf modelini dəyişir. Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq: şəhərlərin yenidən qurulması şəhərləri regional əlaqə və ortaq rifahın mühərriklərinə necə çevirə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.