UN-Habitat-ın icraçı direktoru: Şəhərsalmanın əsas nəticələrindən biri sosial həmrəyliyin gücləndirilməsidir
19.05.2026 [16:35]
Xəbərin mətni
Şəhərlərin dayanıqlı inkişafı və qlobal mənzil böhranının aradan qaldırılması üçün hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə deyib.