Hindistanlı nümayəndə: WUF13 dayanıqlı şəhərlərin qurulmasında mühüm rol oynayacaq
19.05.2026 [16:42]
Xəbərin mətni
Dayanıqlı mənzil tikintisi və şəhərsalma məsələləri hazırda qlobal miqyasda ən aktual mövzulardan biridir. Dünyanın bir çox bölgəsində bu sahədə ciddi problemlər mövcuddur. Məsələn, Kamerun və digər ölkələrdə tez-tez su basqınları, təbii fəlakətlər və iqlim dəyişikliyinin yaratdığı risklər müşahidə olunur. Bu baxımdan infrastrukturun düzgün planlaşdırılması və dayanıqlı şəkildə qurulması xüsusi əhəmiyyət daşıyır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən hindistanlı nümayəndə Dhiraj Sarin bildirib.