Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici işlər naziri: Azərbaycan multimodal bağlantılarını ardıcıl şəkildə genişləndirir

19.05.2026 [16:48]

Xəbərin mətni

Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Şimal-Cənub Dəhlizinin əsas təşviqedicilərindən biri kimi beynəlxalq səviyyədə tanınan roluna söykənərək, postmünaqişə strategiyasının tərkib hissəsi olaraq multimodal nəqliyyat bağlantılarının inkişafını ardıcıl şəkildə təşviq edir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə deyib.