Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanlı nümayəndə: WUF13 çox yaxşı və peşəkar şəkildə təşkil olunub

19.05.2026 [17:19]

Xəbərin mətni

Azərbaycana bizə bu imkanı yaratdığı üçün təşəkkür edirəm. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çox yaxşı və peşəkar şəkildə təşkil olunub. Burada hər şey qaydalı və rahatdır. Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Pakistanın Pəncab Hökumətinin Şəhərsalma Bölməsinin təmsilçisi Anum Şahid deyib.