Mina ilə çirklənmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edilir
19.05.2026 [17:22]
Xəbərin mətni
Azərbaycan mina ilə çirklənmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir və bu prosesdə vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir. Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə söyləyib.