Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Azərbaycan hökuməti vətəndaş cəmiyyəti institutlarının inkişafına xüsusi diqqət yetirir

19.05.2026 [17:23]

Xəbərin mətni

WUF13 çərçivəsində QHT Forumunun təşkili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hökuməti vətəndaş cəmiyyəti institutlarının inkişafına xüsusi diqqət yetirir. Vətəndaş cəmiyyəti institutlarının iştirakı olmadan dayanıqlı, davamlı və insanyönümlü şəhərlərin formalaşdırılması mümkün deyil. Bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə deyib.