Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kral Şəhərsalma İnstitutunun vitse-prezidenti: Azərbaycan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrini fəal şəkildə icra edir

19.05.2026 [17:24]

Xəbərin mətni

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılması baxımından olduqca mühüm platformadır. Bunu AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Böyük Britaniyanın Kral Şəhərsalma İnstitutunun vitse-prezidenti və şəhərsalma üzrə professoru Samer Bagaeeni deyib.