Maimuna Mohd Şərif: QHT-lər insanlar, siyasət və praktika arasında əlaqələndirici qüvvədir
19.05.2026 [17:26]
Qlobal çağırışların həlli istiqamətində effektiv qərar qəbuletmə prosesi inklüziv tərəfdaşlıqların və vətəndaş cəmiyyətinin fəal iştirakının gücləndirilməsini tələb edir. WUF13 vətəndaş cəmiyyəti nümayəndələrini, yerli icma liderlərini və beynəlxalq tərəfdaşları ortaq problemlərin müzakirəsi üçün bir araya gətirir. Bu gün tərəfdaşlıq mexanizmləri qərar qəbuletmə prosesinə birbaşa təsir göstərir. Sürətli urbanizasiya fonunda mənzil təminatı, sosial bərabərsizlik və iqlim dayanıqlılığı məsələləri insanların gündəlik həyatına birbaşa təsir edir. Bu fikirləri Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Kuala Lumpurun sabiq meri Maimuna Mohd Şərif “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə söyləyib.