Dima Al-Khatib: Gələcəkdə urban artımın təxminən 90 faizi Qlobal Cənub ölkələrinin payına düşəcək
19.05.2026 [17:31]
Xəbərin mətni
Azərbaycan qlobal təşəbbüslərin və beynəlxalq şəbəkələrin inkişafına töhfə verir. Şəhərlər artıq dayanıqlı inkişaf gündəliyinin əsas mərkəzinə çevrilib. Bu sözləri BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə deyib.