Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13 iştirakçısı: Dayanıqlı şəhərlərin qurulmasında yaşıl enerji əsas rol oynayır

19.05.2026 [17:32]

Xəbərin mətni

WUF13 tədbiri müxtəlif akademik dairələrin, hökumət nümayəndələrinin, vətəndaş cəmiyyəti üzvlərinin şəhərlərimizin gələcəyi ilə bağlı müzakirələr aparılması üçün gözəl bir platformadır. Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Birləşmiş Millətlər Təşkilatının Universitetinin aparıcı tədqiqatçısı Lukas De Karvalho Turmena deyib.