Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amerika Memarlar İnstitutunun prezidenti: WUF13-ün əsas üstünlüyü praktik icra mexanizmlərinə fokuslanmasıdır

19.05.2026 [17:35]

Xəbərin mətni

“Bakı Ağ Şəhər” layihəsi keçmiş sənaye ərazilərinin yenidən canlandırılması və şəhərlərin regenerasiyası baxımından nümunəvi təşəbbüsdür. XX əsrdən miras qalan sənaye və “brownfield” (əvvəllər sənaye, istehsalat və ya kommersiya məqsədilə istifadə olunmuş, sonradan tərk edilmiş və ya funksiyasını itirmiş ərazilərə deyilir. Bu torpaqlar çox vaxt ekoloji çirklənməyə məruz qalır və yenidən istifadədən əvvəl bərpa tələb edir - red.) ərazilərinin transformasiyası müasir şəhər inkişafının əsas istiqamətlərindən biridir. Bu barədə AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Amerika Memarlar İnstitutunun (AIA) 2026-cı il üzrə prezidenti, COP30 nümayəndə heyətinin rəhbəri, memar və urbanist İlya Azaroff deyib.