Kamerunlu iştirakçı: Yaşıl şəhərlərin inkişafına bir çox amillər təsir göstərir
19.05.2026 [17:42]
Xəbərin mətni
Dünyada sürətlə böyüyən yaşıl şəhərlərin əsas problemləri çoxşaxəlidir. Bunlara idarəetmə çətinlikləri, iqlim dəyişikliyi, liderlik problemləri və bəzi regionlarda münaqişələr daxildir. Bu faktorlar yaşıl icmaların dayanıqlı inkişafına ciddi təsir göstərir. Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) kamerunlu iştirakçısı Mirabel Ndum Mabel deyib.