Pakistan rəsmisi: WUF13 aztəminatlı ailələr üçün mənzil həllərinin təqdimatı və müzakirəsinə imkan yaradır
19.05.2026 [17:43]
Xəbərin mətni
Hazırda WUF13-də iştirak edir və evsiz insanlar üçün nəzərdə tutulan faizsiz mənzil maliyyələşdirilməsi təşəbbüsümüzü təqdim edirik. Bu proqram tamamilə faizsiz kredit modeli əsasında həyata keçirilir. Kredit üzrə bütün faiz xərcləri hökumət tərəfindən qarşılanır və vətəndaşlar yalnız əsas məbləği ödəyirlər. Yəni insanlar heç bir faiz yükü daşımır, bu məsuliyyəti dövlət öz üzərinə götürür. Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistanın Pəncab Mənzil və Şəhərsalma Agentliyinin direktoru Əmir Raza deyib.