WUF13 yerli və regional baxışların qlobal siyasət formalaşdırılması prosesinə inteqrasiyası üçün yeni imkanlar yaradır
19.05.2026 [18:05]
Xəbərin mətni
Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyəti institutlarını bir araya gətirən platformaların yaradılması dayanıqlı urban inkişaf və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu fikirləri BMT-nin Məskunlaşma Proqramının İdarə Heyətlərinin keçmiş katibi və Hökumətlərarası Əlaqələr şöbəsinin rəhbəri Kristian Mensa Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.