Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aygün Əliyeva: Azərbaycan vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin və həmrəylik platformalarının mərkəzinə çevrilib

19.05.2026 [18:13]

Xəbərin mətni

Son illərdə Azərbaycan vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin və həmrəylik platformalarının mərkəzinə çevrilib. Bu fikri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarqəbuletmə” adlı tədbirdə çıxışı zamanı deyib.