Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir

19.05.2026 [19:33]

Xəbərin mətni

Biz bu WUF13-də iştirak edərək Pəncab Hökumətinin “Apni Chhat Apna Ghar” mənzil proqramı təqdim edirik. Bu Pəncab əyalətinin şəhərsalma, dayanıqlı inkişaf və əlçatan mənzil təminatı sahəsində həyata keçirdiyi təşəbbüsdür. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistanın Pəncab vilayətindən olan iştirakçı Uroj Said deyib.