Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistan nümayəndəsi: Azərbaycanın şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik

19.05.2026 [21:44]

Xəbərin mətni

Biz müasir şəhərlər, “Ağıllı şəhər” layihələri, dayanıqlı infrastruktur və yeni şəhərsalma modelləri üzərində işləyirik. Hazırda Pakistanda ilk sıfır karbon emissiyalı rayonun yaradılması istiqamətində mühüm addımlar atılır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistan nümayəndəsi Usman Nadeem Siddiqui bildirib.