Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tanzaniya nümayəndəsi: Azərbaycanda mənzil və infrastruktur sahəsində çox böyük inkişafın şahidi olduq

20.05.2026 [09:45]

Xəbərin mətni

Bu tədbir gələcək şəhər inkişafının formalaşdırılması baxımından çox vacibdir. Bildiyiniz kimi, hazırda dünya böhran dövründən keçir. Dünyanın müxtəlif yerlərində insanlar əziyyət çəkir, xüsusilə mənzil çatışmazlığı ciddi problemə çevrilib. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Tanzaniyadan olan və Şərqi Afrikanı təmsil edən Kenedy Çiquru deyib.