Qlazqo Universitetinin professoru: Sürətli urbanizasiya şəhər məkanlarını daraldır
20.05.2026 [10:11]
Xəbərin mətni
İctimai məkanların və yaşıl zonaların əhəmiyyəti çox yüksəkdir və iqlim dəyişikliyi səbəbindən bu əhəmiyyət getdikcə artır. Qlazqo Universitetində apardığımız tədqiqatlar göstərir ki, müxtəlif şəhərlərdə sürətli urbanizasiya şəhər məkanlarını və yaşıl əraziləri getdikcə azaldır. Bunu AZƏRTAC-a açıqlamasında Böyük Britaniyada Qlazqo Universitetinin şəhər analitikası üzrə professoru Joao Porto De Albuquerque deyib.