Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tanzaniyalı nümayəndə: Bu sessiyanı dünyanın inkişafına töhfə verən mühüm platforma kimi qiymətləndirirəm

20.05.2026 [10:22]

Xəbərin mətni

WUF13 şəhər inkişafının qiymətləndirilməsi baxımından çox vacibdir. Bu sessiyanı dünyanın inkişafına töhfə verən mühüm platforma kimi qiymətləndirirəm. Tədbirin təşkilinə böyük əmək sərf olunub və buna görə də hər kəsə təşəkkür edirəm. Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı Tanzaniyanın Dar əs Salam şəhərində Baş nazirin ofisinin nümayəndəsi Ghuhia Ally Shabani söyləyib.