Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anaklaudia Rossbax: Qeyri-formal məskunlaşma problemlərinin həllini tam təmin edə bilməmişik

20.05.2026 [10:57]

Xəbərin mətni

Dünyanın hər yerində bir çox layihələrimiz və bir çox müdaxilə proqramlarımız mövcuddur. Lakin mən hesab edirəm ki, bir cəmiyyət olaraq biz bu problemi lazımi miqyasda həll edə bilməmişik. Layihələri sistemli dəyişikliyə çevirməyi bacarmamışıq və qeyri-formal məskunlaşma problemlərinin həllinin milli sistemlərə- qanunlara, qaydalara, maliyyə sistemlərinə və yerli səviyyəyə inteqrasiya olunmasını tam təmin edə bilməmişik. Bu sözləri "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax deyib.