BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru: Gecəqondu probleminin həlli üçün siyasi iradə mövcuddur
20.05.2026 [11:15]
Xəbərin mətni
Biz qeyri-formal məskənlərin transformasiyasını üzv dövlətlərimizlə birgə, mənzil təsərrüfatı üzrə açıq fəaliyyət göstərən işçi qrupu vasitəsilə müzakirə edirik. İndi bu Azərbaycan və Somali birlikdə həmsədrlik edir, onlardan əvvəl isə Keniya və Fransa həmsədr idi. Bizim qeyri-formal məskənlərin transformasiyası probleminin həllinə dair bir sıra siyasət xarakterli müvəqqəti tövsiyələrimiz var. Bu sözləri "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax deyib.