Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhərsalma üzrə professor: Bakı müsbət şəhər transformasiyası modeli kimi inkişaf edir

20.05.2026 [11:18]

Xəbərin mətni

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək mənim üçün böyük şərəfdir. Bu il əsas mövzu mənzildir və bu, hamımız üçün çox vacib məsələdir. Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən memarlıq və şəhərsalma üzrə professor, Beynəlxalq Şəhər Peşəkarları Forumu təşkilatının təsisçisi və İdarə Heyətinin üzvü Ali Alrauf deyib.