WUF13-də əsas müzakirələr davam edir
20.05.2026 [11:37]
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Formunun 13-cü sessiyası dördüncü günə panel müzakirələrlə start verib. Sessiyalarda enerji baxımından səmərəli mənzil təminatı, yaşıl texnologiyaların tətbiqi və sosial bərabərliyin qorunması məsələləri əsas müzakirə mövzuları sırasında yer alır.