Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi afrikalı professor: Qeyri-formal yaşayış məskənləri meqapolislərin də problemidir

20.05.2026 [11:52]

Xəbərin mətni

Qeyri-formal yaşayış məskənləri yalnız bir neçə az inkişaf etmiş şəhərin problemi deyil. Bu problem meqapolislərdə də mövcuddur. İstər 1970-ci illərin San-Paulodakı modernləşmə dalğası, istərsə də Quançjou və ya Bakı kimi şəhərlərdəki iqtisadi keçidin gətirdiyi daha yeni çağdaş dəyişikliklər olsun, qeyri-formal yaşayış məskənləri hər zaman mənzil tələbatı ehtiyaclarını özündə cəmləşdirib. Bu sözləri WUF13 çərçivəsində keçirilən "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə Cənubi Afrikanın Vits Universitetinin professoru Mari Hukzemann deyib.