UNOSSC-un direktoru: Bakı tədbiri Azərbaycanın Qlobal Cənub və Cənub-Cənub əməkdaşlığı sahəsində liderliyini daha da gücləndirir
20.05.2026 [12:33]
Xəbərin mətni
Bakıda Qlobal Cənub QHT Platformasına göstərilən dəstəyin şahidi olmaq böyük məmnunluq doğurur. Bu təşəbbüs son dərəcə vacibdir və Azərbaycanın Qlobal Cənub, eləcə də Cənub-Cənub əməkdaşlığı sahəsində liderliyini daha da gücləndirir. Bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Khatib səsləndirib.