Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keniyalı memar: Yaşıl enerji bugünkü və gələcək şəhərlərin inkişafı üçün həlledici rol oynayır

20.05.2026 [12:43]

Xəbərin mətni

Yaşayış məntəqələrinin salınmasında yaşıl enerjidən istifadə olunması çox vacibdir. Son bir neçə ildə müşahidə olunan odur ki, tikinti sektorunda yaşıl enerjiyə böyük maraq var. Bugünkü istehlakçılar da ekoloji tarazlığı nəzərə alan layihə çərçivəsində tikilmiş evə sahib olmaq istəyirlər. Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən keniyalı memar Conson Maura deyib.