Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistanlı iştirakçı: Bakı WUF13 kimi mötəbər tədbirə çox gözəl ev sahibliyi edir

20.05.2026 [12:46]

Xəbərin mətni

Bakı şəhəri WUF13 kimi mötəbər tədbirə çox gözəl ev sahibliyi edir. Tədbirin təşkili, nəqliyyat bağlantısı və könüllülərin fəaliyyəti yüksək səviyyədədir. Düşünürəm ki, dayanıqlı inkişaf məhz düzgün qaydaların qurulması və hər kəsin onlara əməl etməsi ilə başlayır. Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Hindistanın Milli Şəhər Məsələləri İnstitutunun nümayəndəsi Ruçi Gupta söyləyib.