Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Kərimov: Davamlı şəhər inkişafı yalnız ekoloji cəhətdən təhlükəsiz və səmərəli tullantı idarəetmə sistemi ilə mümkündür

20.05.2026 [13:15]

Xəbərin mətni

Müasir dövrdə urbanizasiya dünya üzrə ən sürətli sosial-iqtisadi proseslərdən biri hesab olunur. Şəhər əhalisinin artması, sənayeləşmənin genişlənməsi, gündəlik istehlak səviyyəsinin yüksəlməsi tullantıların həcminin və müxtəlifliyinin artmasına ciddi təsir göstərir, xüsusilə birdəfəlik məhsulların və qablaşdırılmış malların geniş istifadəsi tullantı problemini daha da dərinləşdirir. Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusundakı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.