Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: 2060-cı ilə qədər plastik tullantıların həcmi 3 dəfə arta bilər

20.05.2026 [13:17]

Xəbərin mətni

Dünya üzrə plastik tullantılar sürətlə artır və bu məsələ həm ətraf mühit, həm də iqtisadiyyat üçün böyük problem hesab olunur. Mikroplastiklər artıq içməli suda, dəniz məhsullarında, havada, hətta insan qanında aşkar edilib. Plastik tullantıların düzgün idarə olunmaması öz növbəsində ekosistemlərin pozulmasına, dənizdəki və qurudakı canlıların məhv olmasına, həmçinin insan sağlamlığı üçün risklərin artmasına səbəb olur. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.