Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda il ərzində adambaşına 24-25 kiloqram plastik tullantı yaranır

20.05.2026 [13:19]

Xəbərin mətni

İldə adambaşına düşən plastik tullantıların miqdarı ölkələr üzrə fərqlidir. Belə ki, bu göstərici Avropa İttifaqı ölkələrində təxminən 36 kiloqram, dünya üzrə orta hesabla 20–30 kiloqram, Azərbaycanda isə təxminən 24–25 kiloqram təşkil edir. Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusundakı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.