Nigar Arpadarai: Plastik çirklənmə israfçı inkişaf modelinin ən görünən əlamətlərindən biridir
20.05.2026 [14:42]
Azərbaycan dayanıqlı şəhər inkişafı, “yaşıl” iqtisadi artım və ətraf mühitin qorunmasını prioritet kimi müəyyən edib. Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və inkişaf işləri də müasir davamlılıq prinsiplərinin, daha səmərəli tullantı idarəetmə sistemlərinin və “yaşıl” şəhərsalma yanaşmalarının tətbiqi üçün mühüm imkanlar yaradır. Bunu COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.