Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birol Kilkis: Azərbaycan geotermal və Günəş enerjisi baxımından çox zəngin ölkədir

20.05.2026 [14:47]

Xəbərin mətni

Əgər biz enerjini ön plana çıxarsaq və onu yaşıl, ekoloji təmiz şəkildə istehsal etsək, qlobal istiləşmə artıq yavaşlamağa başlayacaq. Əlbəttə, şəhərlərin hazırkı fəlakətlərə qarşı hazırlıqlı olması lazımdır. Enerjidən düzgün istifadə edilmədikcə, qlobal istiləşmə artır. Qlobal istiləşmə artdıqca isə fəlakətlər çoxalır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Ostim Texniki Universitetinin professoru Birol Kilkis söyləyib.