BMT rəsmisi: UN-Habitat mükafatları qlobal şəhərsalma əməkdaşlığını və innovativ həlləri gücləndirir
20.05.2026 [14:49]
Xəbərin mətni
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) fəaliyyəti və inkişafı üçün mükafatların əhəmiyyətini vurğulamaq istərdim. Burada tərəfdaşlarımızı, o cümlədən Şanxay nümayəndələrini görməkdən məmnunam. Mükafatların təqdim olunması prosesində digər tərəfdaşlarla da sıx əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığın nə qədər vacib olduğunu xüsusi qeyd etmək istərdim. Bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Bakı Şəhərsalma mükafatı: Mənzil həllərini qlobal təsir üçün genişləndirmə" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax deyib.