BMT rəsmisi: Tikintilərdə bəzən keyfiyyətli və uzunömürlü materiallara üstünlük verilmir
20.05.2026 [15:04]
Xəbərin mətni
Dünyada 2,8 milyard insan adekvat mənzil şəraiti olmayan yerlərdə yaşayır. Bunu BMT Baş katibinin köməkçisi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” panelində çıxışı zamanı deyib.