Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13 çərçivəsində “Bakı Şəhərsalma Mükafatı” təsis edilib

20.05.2026 [15:09]

Xəbərin mətni

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – “Bakı Şəhərsalma Mükafatı” təsis edib. Tədbirdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax iştirak edib.