Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNECE-nin icraçı katibinin müavini: SPECA-nın yenidən aktivləşdirilməsi üçün daha bir addım atırıq

20.05.2026 [15:31]

Xəbərin mətni

Bu gün biz SPECA-nın yenidən aktivləşdirilməsi istiqamətində daha bir addım atırıq. Bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən SPECA Forumunda (SPECA - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) çıxışı zamanı deyib.