WUF13-ün milli koordinatoru: Mənzil imkan, təhlükəsizlik və həyat keyfiyyəti ilə bağlıdır
20.05.2026 [15:33]
Xəbərin mətni
Mənzil ləyaqət, imkan, təhlükəsizlik və həyat keyfiyyəti ilə bağlıdır. Bu, şəhərlərimizin indiki və gələcək nəsillər üçün inklüziv, dayanıqlı və davamlı qalmasını təmin etməkdən ibarətdir. Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən SPECA Forumunda (SPECA - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) çıxışı zamanı WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.