UN-Habitat rəsmisi: SPECA Şəhərlər Forumu vasitəsilə əlaqə və şəhər inkişafının gündəmini birləşdirəcəyimizə ümidvarıq
20.05.2026 [15:43]
Xəbərin mətni
Ümid edirik ki, biz SPECA Şəhərlər Forumu vasitəsilə əlaqə və şəhər inkişafının gündəmini birləşdirə bilərik. Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çərçivəsində keçirilən SPECA Forumunda (SPECA - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) çıxışı zamanı deyib.